2022-ci ildə Ordubad rayonunun iqtisadi və sosial inkişafının göstəriciləri

 

Sənaye. 2022-ci ildə 9791,9 min manatlıq, yaxud 2021-ci illə müqayisədə 15,1 faiz az sənaye məhsulu istehsal olunmuşdur.

2022-ci ilin yanvar-noyabr aylarında Ordubad rayonunda sənaye sahəsi üzrə 691 nəfər işçi çalışmışdır ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. Bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz artaraq 467,3 manat olmuşdur.

         Əsaslı tikinti. 2022-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 60927,6 min manat və ya 2021-ci illə müqayisədə 1,5 faiz az vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 1,7 faiz azalaraq 58143,9 min manat təşkil etmişdir.

2022-ci ilin yanvar-noyabr aylarında Ordubad rayonunda tikinti sahəsi üzrə 982 nəfər işçi çalışmışdır ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz artaraq 506,2 manat olmuşdur.

Kənd təsərrüfatı. Ordubad rayonunda 2022-ci ildə:

- 1800 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 5155 ton məhsul yığılmışdır. Məhsuldarlıq orta hesabla 28,6 sentner/hektar olmuşdur. 2021-ci illə müqayisədə yığım sahəsi 0,6 faiz, yığılmış məhsul 2,2 faiz, məhsuldarlıq 1,4 faiz çoxdur.

- 530 hektar buğda əkini sahəsindən 1594 ton məhsul yığılmışdır. Orta hesabla hər hektardan məhsuldarlıq 30,1 sentner olmuşdur. 2021-ci illə müqayisədə yığım sahəsi 1,1 faiz, yığılmış məhsul 5,6 faiz, məhsuldarlıq 4,5 faiz çoxdur.

- 1077 hektar arpa əkini sahəsindən 3069 ton məhsul yığılmışdır. Orta hesabla hər hektardan məhsuldarlıq 28,5 sentner olmuşdur. 2021-ci illə müqayisədə yığım sahəsi və məhsuldarlıq hər iki halda 0,4 faiz, yığılmış məhsul 0,7 faiz artmışdır.

- 193 hektar dənli-paxlalılar əkini sahəsindən 492 ton dənli-paxlalılar yığılmışdır. Orta hesabla hər hektardan məhsuldarlıq 25,5 sentner olmuşdur. 2021-ci illə müqayisədə yığım sahəsi 0,5 faiz, yığılmış məhsul 1 faiz, məhsuldarlıq 0,4 faiz çoxdur.

- 11 hektar dən üçün qarğıdalı əkini sahəsindən 68,2 ton məhsul yığılmışdır. Orta hesabla hər hektardan məhsuldarlıq 62 sentner olmuşdur. 2021-ci illə müqayisədə yığım sahəsi 11 dəfə, yığılmış məhsul 11,4 dəfə, məhsuldarlıq 3,3 faiz artmışdır.

- 587 hektar kartof əkilmiş sahədən 8724 ton kartof yığılmışdır. Məhsuldarlıq orta hesabla 148,6 sentner/hektar olmuşdur. 2021-ci illə müqayisədə yığım sahəsi və yığılmış məhsul hər iki halda 0,2 faiz, məhsuldarlıq 0,1 faiz çoxdur.

- 647 hektar tərəvəz bitkiləri əkilmiş sahədən 5817 ton tərəvəz məhsulları yığılmışdır. Məhsuldarlıq orta hesabla 89,9 sentner/hektar olmuşdur. 2021-ci illə müqayisədə yığım sahəsi 0,3 faiz, yığılmış məhsul 0,5 faiz, məhsuldarlıq 0,1 faiz çoxdur.

- 18 hektar bostan bitkiləri əkilmiş sahədən 136 ton bostan məhsulları yığılmışdır. Məhsuldarlıq orta hesabla 75,6 sentner/hektar olmuşdur. 2021-ci illə müqayisədə yığım sahəsi 12,5 faiz, yığılmış məhsul 13,3 faiz, məhsuldarlıq 0,8 faiz çoxdur.

- bar verən meyvə bağlarından 5327 ton məhsul yığılmışdır ki, bu da 2021-ci illə müqayisədə 1 faiz çoxdur.

- bar verən üzüm bağlarından 308 ton məhsul yığılmışdır ki, bu da 2021-ci illə müqayisədə 1,3 faiz çoxdur.

Bütün təsərrüfat kateqoriyaları üzrə bitkiçilik məhsullarının yığımı haqqında məlumat aşağıdakı cədvəldə verilmişdir.

 

Bitkilərin adı

2022-ci ildə

 

2021-ci il ildə yığılmış məhsul, ton

Əkin sahəsi, hektar

Məhsul yığılan sahə, hektar

Yığım

faizi

Yığılmış məhsul, ton

Məhsuldarlıq, sentner/hektar

 Dənli və

 dənli-paxlalılar

 (qarğıdalısız)

1 800,0

1 800,0

100,0

5 155,0

28,6

5 043,0

  o cümlədən

    - buğda

530,0

530,0

100,0

1 594,0

30,1

1 509,0

    - arpa

1 077,0

1 077,0

100,0

3 069,0

28,5

3 047,0

    - paxlalılar

193,0

193,0

100,0

492,0

25,5

487,0

 Dən üçün qarğıdalı

11,0

11,0

100,0

68,2

62,0

6,0

 Kartof

587,0

587,0

100,0

8 724,0

148,6

8 705,0

 Tərəvəz

647,0

647,0

100,0

5 817,0

89,9

5 789,0

 Bostan bitkiləri

18,0

18,0

100,0

136,0

75,6

120,0

 Meyvə

 

 

 

5 327,0

 

5 274,0

 Üzüm

 

 

 

308,0

 

304,0

         2022-ci ildə 13 hektar sahədə təkrar əkin aparılmışdır.

         2022-ci ildə 848 hektar sahədə payız əkini üçün şum qaldırılmışdır.

         2022-ci ildə 832 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır ki, bunun da 85 hektarı buğda, 747 hektarı isə arpadır.

         1 yanvar 2023-cü il tarixə Ordubad rayonunda 10285 baş qaramal olmuşdur ki, bu da 1 yanvar 2022-ci illə müqayisədə 1,3 faiz  və yaxud 131 baş çoxdur. 

         Məhsuldar mal-qara olan inək-camışlar qaramalın 5557 başını və yaxud 54 faizini təşkil etməklə 1 yanvar 2022-ci illə müqayisədə  1,2 faiz və yaxud 68 baş çoxdur.

         1 yanvar 2023-cü il tarixə Ordubad rayonunda 74731 baş qoyun və keçi olmuşdur ki, bu da 1 yanvar 2022-ci illə müqayisədə 1,5 faiz və yaxud 1069 baş çoxdur.

   

Ordubad rayonunda mal-qaranın sayı

 

Mal - qara

1 yanvar  2023-cü il tarixə

1 yanvar  2022-ci il tarixə

analoji nisbət, faizlə

fərq,

başla

Qaramal

10 285

10 154

101,3

+131

    ondan :

    inək-camış

5 557

5 489

101,2

+68

Qoyun və keçilər

74 731

73 662

101,5

+1 069

 

2022-ci ildə Ordubad rayonunda diri çəkidə 4112,6 ton ət, 6414,1 ton süd, 13542 min ədəd yumurta, 108,7 ton yun istehsal edilmişdir. 2021-ci illə müqayisədə ət istehsalı 26,2 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 1,2 faiz, yun istehsalı 1 faiz artmışdır.

Ordubad rayonunda heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə öz əksini tapmışdır:

                                                                                   

Məhsulların adı

2022-ci ildə 

2021-ci ildə 

analoji

nisbət,

faizlə

Ət (diri çəkidə), ton

4 112,6

3 258,2

126,2

Süd, ton

6 414,1

6 322,7

101,4

Yumurta, min ədəd

13 542,0

13 382,4

101,2

Yun, ton

109,8

108,7

101.0

 

2022-ci ildə 286 ton bal istehsal edilmişdir ki, bu da 2021-ci illə müqayisədə 1,4 faiz çoxdur.

Balıqçılıqla məşğul olan müəssisələr tərəfindən 2022-ci ildə 134 min manat (2021-ci ildə 132 min manat) dəyərində balıq satılmışdır.

 

Kənd təsərrüfatı və balıqçılıq məhsulu haqqında

                                                                                                                                                                                                                                                                 min manat

Sahələr

2022-ci ildə 

2021-ci ildə 

analoji nisbət,

faizlə (müqayisəli qiymətlər üzrə)

Heyvandarlıq

22 410,9

19 687,2

109,8

Bitkiçilik

29 110,2

28 873,5

101,5

Kənd təsərrüfatı üzrə cəmi məhsul istehsalı

51 521,1

48 560,7

104,8

Balıqçılıq

134,0

132,0

101,5

Kənd təsərrüfatı və balıqçılıq üzrə cəmi məhsul istehsalı

51 655,1

48 692,7

104,8

 

Ordubad rayonunun kənd və balıqçılıq təsərrüfatlarında 51655,1 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2021-ci illə müqayisədə 4,8 faiz çoxdur.

Nəqliyyat, informasiya və rabitə. 2022-ci ildə Ordubad rayonunda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 1559,9 min ton yük, 9192,6 min sərnişin daşınmışdır. 2021-ci illə müqayisədə yük daşınması 0,1 faiz artmış, sərnişin daşınması isə 0,1 faiz azalmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 4742,2 min manat gəlir əldə edilmişdir ki, bu da 2021-ci ilə nisbətən 0,2 faiz azdır.

Ordubad rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri 4680,1 min manat olmuşdur ki, bu da 2021-ci illə müqayisədə 0,4 faiz çoxdur2022-ci ildə Ordubad rayonunda 171 ədəd telefon çəkilişi olmuşdur ki, bu da 2021-ci ilə nisbətən 24,7 faiz azdır.

İstehlak bazarı. 2022-ci ildə Ordubad rayonunda əvvəlki illə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 0,6 faiz artaraq 118446,7 min manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsinin 4,9 faizini və yaxud 5836,6 min manatını iaşə əmtəə dövriyyəsi təşkil etmişdir ki, bu da 2021-ci illə müqayisədə 0,4 faiz çoxdur. 2022-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 0,5 faiz artaraq 21860,3 min manat təşkil etmişdir. Ödənişli xidmətlərin 19,6 faizi və yaxud 4285,6 min manatı məişət xidmətlərinin payına düşür ki, bu da əvvəlki illə müqayisədə 0,1 faiz artmışdır.

Ordubad rayonunda 2022-ci ildə pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən ödənişli xidmətlər aşağıdakı cədvəldə öz əksini tapmışdır:

 

Müqayisə

predmeti

2022-ci ildə, faktiki

2021-ci ilə nisbətən, faizlə

(müqayisəli qiymətlər üzrə)

Pərakəndə əmtəə dövriyyəsi, min manat

118 446,7

100,6

  o cümlədən:    

iaşə dövriyyəsi, min manat

5 836,6

100,4

Ödənişli xidmətlər, min manat

21 860,3

100,5

  o cümlədən:    

məişət xidmətləri, min manat

4 285,6

100,1

 

Əməkhaqqı. 2022-ci ilin yanvar-noyabr aylarında Ordubad rayonunda muzdla işləyənlərin orta aylıq əməkhaqqı 569,4 manat olmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 109,8 faiz təşkil edir.

Ən yüksək orta aylıq əməkhaqqı maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və icbari sosial təminat, elektrik enerjisi, qaz buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, topdan və pərakəndə ticarət, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışan işçilərdə olmuşdur.

Ordubad rayonunun iqtisadi və sosial inkişafının

əsas göstəriciləri

Müqayisə

predmeti

2022-ci ildə, faktiki

2021-ci ilə nisbətən, faizlə

Sənaye məhsulu, min manat

9 791,9

84,9*

Əsas kapitala yönəldilən vəsaitlər, min manat

60 927,6

98,5

Kənd təsərrüfatı məhsulu,

min manat

51 655,1

104,8*

Nəqliyyat sektorunda yük daşınması, min ton

1 559,9

100,1

İnformasiya və rabitə xidmətləri,

min manat

4 680,1

100,4

Pərakəndə əmtəə dövriyyəsi,

min manat

118 446,7

100,6*

Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat

21 860,3

100,5*

Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı (2022-ci ilin yanvar-noyabr ayları), manat

569,4

109,8