12 noyabr – Konstitusiya Günü münasibətilə Ordubad rayonunda “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edib. Sonra Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşadət Orucov, rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Emin Mehbalıyev, Ordubad Rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Fərid Orucəliyev, rayon Qeydiyyat Şöbəsinin rəisi, II dərəcəli ədliyyə qulluqçusu Səriyyə Hüseynova mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, xalqımız bu il Konstitusiya Gününü yüksək əhval-ruhiyyə ilə qeyd edir. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş, xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı prinsiplərinə və çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demoktatik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb. Bu,Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri idi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq dahi Şəxsiyyət Heydər Əliyev 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il noyabr ayının 12-nin Konstitusiya Günü kimi qeyd olunmasına qərar verdi.
Bidirilib ki, Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demoktatik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişikliklərini özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Vurğulanıb ki, Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifələr qoydu.