“Açıq Qapı” aksiyası keçirilib

7 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə Ordubad Rayon İcra Hakimiyyəti binasında “18 İyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü”nə həsr olunmuş “Açıq qapı” aksiyası keçirilib.

           Aksiya çərçivəsində həmin gün ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Ali Məhkəmənin, Prokurorluğun, Ədliyyə, Daxili İşlər, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Mədəniyyət, Kənd Təsərrüfatı nazirliklərinin, Vəkillər Kollegiyasının, Naxçıvan Mediasiya Təşkilatının, Dövlət Su Ehtiyatları Agentliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən müraciət edən rayon sakinləri fərdi qaydada qəbul edilib, onların tələbləri dinlənilib, həlli üçün müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.