"Ailə Dəyərləri və Erkən Nikah" mövzusunda maarifləndirici tədbir keçirilib

     5 fevral 2025-ci il tarixdə Ordubad rayon Vələver kənd tam orta məktəbində "Ailə dəyərləri və erkən nikah" mövzusunda maarifləndirici tədbir təşkil edilib. Tədbir Ordubad Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Maarifləndirmə tədbirinin əsas məqsədi ailə institutunun qorunması, erkən nikahların fəsadları və bu sahədə qanunvericiliyin tələblərini izah etməkdən ibarət olub.

     Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Abbas Məmmədli mövzunun aktuallığını vurğulayaraq, ailə dəyərlərinin cəmiyyətin əsas sütunlarından biri olduğunu qeyd edib. Daha sonra çıxış edənlər erkən nikahların fəsadları, bu halların qarşısının alınması yolları və ailə institutunun möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər barədə çıxış ediblər.

       Tədbir çərçivəsində Gənclər və İdman İdarəsinin əməkdaşı Surxay Rzayev tərəfindən mövzuya dair izahlı slayd nümayiş etdirilib. Slayd təqdimatında erkən nikahların gənclərin gələcəyinə təsiri, hüquqi aspektlər və maarifləndirmənin əhəmiyyəti xüsusi vurğulanıb.

       Sonda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıblar.