Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Ordubad rayonuna gəlib. Ordubad Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Rəhimli və Ali Məclis sədrinin müavini Arzu Abdullayev ilə birgə əvvəlcə rayon mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanında Vətən oğullarının məzarları ziyarət edilib, abidə və məzarların önünə gül dəstələri düzülüb.
Ali Məclis sədrinin birinci müavini Ordubad şəhərindəki zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan binada Vətən müharibəsi qazisi və Çernobıl əlili üçün nəzərdə tutulan ikiotaqlı mənzillərdə, XVII əsrə aid Cümə məscidində və “Sahil” mehmanxanasının ərazisində aparılan işlərlə tanış olub.
Daha sonra Bəxtiyar Məmmədov rayon mərkəzindəki Rabitə evində seçicilərilə görüşüb. Görüşdə vətəndaşların problemləri dinlənilib, onları narahat edən məsələlərin həlli yollarına dair təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb