Aşağı Əylis kəndində İlham Əliyevin Hakimiyyətə gəlməsinin 20 illiyi münasibətilə tədbir keçirilib

Oktyabr ayının 26-da Aşağı Əylis kəndində kənd İcra Nümayəndəliyinin və kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibətilə “Uğura aparan 20 il” mövzusunda tədbir keçirilib.

Tədbirdə Aşağı Əylis kənd İcra nümayəndəsi Tural İsmayılov, Aşağı Əylis kənd tam orta məktəbin direktoru Vidadi Quliyev, məktəbin dərs hissə müdiri Türkan Hüseynova, məktəbin müəllimi Müşviq Fərzəliyev çıxış ediblər.