Aza-Darkənd kənddaxili avtomobil yolu əsaslı şəkildə yenidən qurulur

Ordubad rayonu Aza-Darkənd kənddaxili avtomobil yolunun əsaslı təmiri işləri davam etdirilir. Layihə çərçivəsində kənd sakinlərinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə uzunluğu 6,8 kilometr olan avtomobil yolunda yenidənqurma işləri aparılır.

Təmir prosesi zamanı yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə 900 metr uzunluğunda beton su kanalı inşa olunub, eləcə də 10 metr uzunluğunda metal borulardan ibarət suötürücü keçidlər quraşdırılıb.

Bundan əlavə, yolun 9235 kvadratmetr sahəsinə bir qat, 4300 kvadratmetr hissəsinə isə iki qat asfalt örtüyü salınıb. Hazırda tikinti-təmir işləri ardıcıl şəkildə davam etdirilir.