Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə kənd təsərrüfatının inkişafı ilə əlaqədar olaraq növbəti tədbir keçirilib. Azadkənd kəndi və digər kənd sakinlərinin iştirakı ilə keçirilən tədbirdə sahibkar və təsərrüfatçıların subsidiyalarla təmin olunması, taxıl əkilən sahələrin şumlanması və təmizlənməsi, sahələrin növbəti əkinə hazır olması, təsərrüfat texnikalarının güzəştlərlə verilməsi qaydaları, eləcə də müxtəlif növ gübrə vasitələrinin verilməsi proseduru barədə söhbət aparılıb. Bunlarla yanaşı heyvandarıq sahəsində sahibkarlara bir sıra məlumatlar verilib.
Tədbir iştirakçılarının mövzu ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.