“Aztəminatlı ailələrdən olan qadınların özünüməşğulluqlarının təmin edilməsi məqsədilə dekorativ tətbiqi sənət sahəsi ilə bağlı” təlim keçirilib

      Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar olaraq “Təbliğat-100” layihəsi çərçivəsində Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin birgə təşkilatçılığı ilə 07 avqust tarixində Ordubad şəhərində yaşayan “Aztəminatlı ailələrdən olan qadınların özünüməşğulluqlarının təmin edilməsi məqsədilə dekorativ-tətbiqi sənət sahəsi ilə bağlı” təlim keçirilib

      Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Qiymət Hacıyeva mövzunun əhəmiyyətindən bəhs edib. Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva mövzu ilə bağlı ətraflı çıxış edib, qadınların məşğulluğunun diqqətdə saxlanılması və dekorativ-tətbiqi sənət sahəsinə maraqlarının artırılmasından danışıb. Evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında dekorativ-tətbiqi sənət nümunələrinin yaşadılması istiqamətində həyata keçirilən layihələrin şəxsi inkişaf və gəlir mənbəyi baxımından faydalı olması vurğulanıb.

          Çıxışların ardından istedadlı qadın Səkinə Qarayeva iştirakçılara təlim keçib. Əyani vəsaitlərdən istifadə edilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.