Behrud kəndində şəhidin xatirəsi yad edilib

       10 sentyabr 2024-cü il tarixdə Behrud kəndində şəhid İsmayılov Orxan Baba oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunub, şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib.

       Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin, Sosial Xidmətlər Agentliyinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk olaraq şəhidimizin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib

       Çıxışlarda vətənin müdafiəsi, bölünməzliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin qorunması, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirələrinin daim ehtiramla yad edildiyi, həmçinin, cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı əsasında bütün bölgələrdə şəhid ailələri və müharibə iştirakçılarına qarşı mütəmadi olaraq diqqət və qayğının göstərildiyi qeyd olunub.

       Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya, hörmət və ehtirama görə minnətdarlıq ediblər.