COP29 çərçivəsində Ordubad rayonunun Tivi kəndində meşəcinsli ağacların toxumlarının əkini aparıldı

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına bu il ölkəmizin ev sahibliyi etməsi ilə əlaqədar olaraq 21 noyabr tarixində Ordubad rayonunun Tivi kəndində meşəcinsli ağacların toxumlarının əkini həyata keçirilib.

      Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, eləcə də idarə, təşkilat və müəssisələrin rəhbər şəxsləri, İcra nümayəndələri, bələdiyyələr və yerli ictimaiyyətin birgə iştirakı ilə 2.5 hektar dağətəyi sahədə salınan yeni yaşıllıq zolağına ümumilikdə 193 kiloqram olmaqla palıd qozası, badam, sumaq, yemişan və itburnu toxumları əkilib. Əkilən sahəyə aqrotexniki qaydada qulluq göstərilib.  

     Qeyd edək ki, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, həmçinin gələcək nəsillərə sağlam təbii irsin ötürülməsi məqsədilə görülən tədbirlər Ordubad rayonunda mütəmadi olaraq həyata keçirilməkdədir.