Dəstə kənd tam orta məktəbində şəhidlərin xatirəsi yad edilib

Ordubad rayonunun Dəstə kənd tam orta məktəbində şəhid Hüseynov Ülvi Möhsün oğlunun anası Hüseynova Ülkər Həsən qızı, Yusifzadə Xudayar Müslüm oğlunun anası Qurbanova Radə Şümşad qızı və Cəmiyev Aşur Bəybala oğlunun ailə üzvlərinin iştirakı ilə tədbir keçirilib.

     Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xudayar Yusifzadənin adı verilən sinfə baxış keçirilib.

      Tədbirdə şəhid ailə üzvlərinin, Ordubad Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, dövlət qurumlarının nümayəndələrinin və məktəb kollektivinin çıxışları dinlənilib, şagirdlər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

     Çıxışlarda Vətən müharibəsi zamanı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin şanlı zəfərindən, onların döyüş yolundan ətraflı bəhs olunub. Təhsil ocaqlarında böyüməkdə olan yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunmalarında, dövlətə, xalqa, torpağa bağlı yetişmələrində belə tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

       Çıxış edən şəhid ailə üzvləri göstərilən diqqətə, mənəvi dəstəyə görə öz minnətdarlıqlarını bildiriblər.