Oktyabr ayının 26-da Ordubad Rayon İcra Hakimiyyətinin, Dəstə kənd İcra Nümayəndəliyinin və Dəstə kənd Bələdiyyəsinin birgə təşkilatçılığı ilə rayonun Dəstə kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibətilə “Misilsiz tarixi əhəmiyyətli qələbənin memarı”” mövzusunda tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Dəstə kənd Bələdiyyəsinin sədri Tofiq Babayev, Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Araz Lütvəliyev, Dəstə kənd Bələdiyyəsinin sədr müavini Mehdi Quliyev, Dəstə kənd tam orta məktəbin direktoru Ülviyyə Cəfərova, məktəbin tarix müəllimi Hüseynəli Bağırov, Dəstə kənd ağsaqqalı Həsənqulu Həsənov çıxış ediblər.