Noyabr ayının 7-də Ordubad Rayon İcra Hakimiyyəti, Dəstə kənd tam orta məktəbi və Dəstə Xeyriyyə Fondunun təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunan Zəfər tədbiri keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, məktəb kollektivi, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak edib.
Ordubad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Məmmədov çıxış edərək Zəfər günü münasibətilə tədbir iştirakçılarının təbrik edib. Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi, qəhrəman əsgər və zabitlərimizin şücaətləri ilə qazanılmış möhətəşəm Zəfər, inamlı qələbə barədə məlumat verən Elvin Məmmədov bildirib ki, Azərbaycan Respublikası öz suverenliyini tam bərpa etdikdən sonra yaranmış yeni reallıqlarla, ölkədə aparılan düzgün sosial-iqtisadi strategiyalarla bütün regionların, eləcə də, Ordubad rayonunun inkişaf dinamikası sürətlənir.
Tədbirdə Dəstə kənd tam orta məktəbin direktoru Ülviyyə Cəfərova, Dəstə Bələdiyyəsinin sədri Tofiq Babayev, Dəstə Xeyriyyə Fondunun rəhbəri Əli Həsənov, Moskva şəhəri Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov çıxış edib, Zəfər günü münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.
Sonda Dəstə kənd tam orta məktəbinin hazırladığı ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Dəstə kənd qəbirstanlığında şəhid Nəbiyev Qurban Cavad oğlu və Əliyev Əli Ədib oğlunun məzarları ziyarət edilib, gül dəstələri qoyulub.