Dahi şəxsiyyətin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

     Ordubad rayon Yuxarı və Aşağı Əndəmic kənd inzibati ərazi dairəsi nümayəndəlikləri tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Aşağı və Yuxarı Əndəmic kənd icra nümayəndəliklərinin, eləcə də Əndəmic kənd tam orta məktəbinin müəllim-şagird kollektivinin iştirak etdiyi tədbiri giriş sözü ilə Aşağı Əndəmic kənd icra nümayəndəsi Hikmət Nəsirov açaraq Ümummilli Liderin həyat və fəaliyyəti haqqında düşüncələrini bölüşüb, müstəqilliyimizin qorunması və gücləndirilməsində, eləcə də zəngin dövlətçilik irsinin formalaşdırılmasında xüsusi rolunu vurğulayıb. Ardınca Yuxarı Əndəmic kənd İcra nümayəndəsi Röyal Xəlilov və Əndəmic kənd tam orta məktəbinin direktoru Əyyar Səfərov Azərbaycan tarixində silinməz izlər buraxan xilaskar lider haqda öz fikirlərini çatdırıblar. Tədbirin sonunda Əndəmic kənd tam orta  məktəbinin şagirdləri Ulu Öndər haqqında müxtəlif şeirlər səsləndiriblər.