ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Darkənddə şəhid Məmmədəliyev Sadayın xatirəsi yad edilib

   44 günlük Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Məmmədəliyev Saday Rza oğlunun əziz xatirəsi ehtiramla yad edilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbər şəxsləri və əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Darkənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Tədbirdə çıxışlar dinlənilib, çıxış edənlər şəhidimizin həyatı və döyüş yolu barədə məlumat veriblər. Vətən müharibəsində, Antiterror əməliyyatında əsgər və zabitlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan, Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrilən Zəfər tarixindən bəhs olunub. Qəhrəman şəhidlərimizin əziz xatirələrinin hər zaman hörmət və ehtiramla anılacağı qeyd edilib

  Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr edilmiş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.