
17 avqust 1992-ci il tarixdə Xorxat yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Məmmədov Maarif Rəşid oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, Dırnıs kənd məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dırnıs kəndində Şəhidlər Xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, çıxışlar dinlənilib.
Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu haqqında məlumat verilib. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi, müstəqilliyimizin qorunması, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi, şəhid ailələri və müharibə iştirakçılarının ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələndiyi vurğulanıb. Qəhrəman şəhidlərimizin əziz xatirələrinin hər zaman böyük qürur hissi ilə anılacağı qeyd edilib.
Məktəblilər tərəfindən şəhidin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.







