Dırnıs kəndində şəhid Quliyev Azər Məhərrəm oğlunun xatirəsi anılıb

 

Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Quliyev Azər Məhərrəm oğlunun anım günü ilə əlaqədar Dırnıs kəndində yerləşən məzarı ziyarətolunub. 2025-ci il mayın 10-da keçirilən anım tədbirində Ordubad Rayon İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Rayon Polis Şöbəsinin əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Naxçıvan Muxtar Respublikası təşkilatının üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxışlar səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Çıxış edənlər Quliyev Azər Məhərrəm oğlunun vətən uğrunda göstərdiyi igidlik və qəhrəmanlıq nümunələrindən bəhs edərək onun keçdiyi şərəfli ömür yolunu xatırladıblar. Bildirilib ki, şəhidimizin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq və unudulmayacaq.

Tədbirdə, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, şəhidlərimizin əziz xatirəsinin hər zaman hörmətlə yad edilməsinin və onların qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Anım mərasiminin sonunda məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.