Şərur rayonunun Havuş kəndində hərbi xidmət vəzifələrini icra edən zaman şəhidlik zirvəsinə ucalan Quliyev Sərxan Elxan oğlunun xatirəsi anılıb. Dırnıs kənd Şəhidlər Xiyabanında şəhidimizin məzarı ziyarət olunub. 06 noyabr 2025-ci il tarixdə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbər şəxsləri və əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub.
Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.