ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Dırnıs kəndində şəhid Vüqar Nəcəfovun xatirəsi anılıb

   44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Nəcəfov Vüqar Aydın oğlunun doğum günü ilə əlaqədar Dırnıs kəndində anım tədbiri keçirilib, xatirəsi yad edilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.  Şəhidlər Xiyabanında şəhidimizin xatirəsinə həsr olunan baralyefin önünə gül dəstələri düzülüb, şəhidlərimizin ruhlarına dualar oxunub, çıxışlar dinlənilib.

    Çıxışlarda 44 günlük Vətən müharibəsi və Antiterror əməliyyatları zamanı əldə olunmuş şanlı Zəfər tarixinin ölkəmizin  sosial-iqtisadi, ictimai-siyasi həyatına verdiyi töhfələrdən bəhs olunub. Şəhidimizin həyatı və keçdiyi şərəfli döyüş yolu barədə məlumat verilib. Müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün müdafiəsi, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin hər zaman hörmət və ehtiramla yad edildiyi, eləcə də cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin  ölkəmizin  bütün regionlarında olduğu kimi Ordubad rayonunda da mütəmadi olaraq sistemli şəkildə həyata keçirildiyi qeyd olunub.

     Dırnıs kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

     Şəhid ailələri göstərilən hörmət və ehtirama, diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.

    Şəhid Kapitan Nəcəfov Vüqar Aydın oğlu ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamları ilə  "Fizulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları və  III dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.