ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Dırnıs kəndində şəhid Vüqar Nəcəfovun xatirəsi yad edilib

44 günlük Vətən müharibəsi zamanı oktyabrın 2-də Cəbrayılın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan kapitan Nəcəfov Vüqar Aydın oğlunun xatirəsinə həsr olunmuş  anım tədbiri keçirilib. Dırnıs kənd Şəhidlər Xiyabanında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin xatirəsi yad edilib, ruhuna dualar oxunub, çıxışlar dinlənilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, suverenliyimizin tam bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb, şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan bəhs olunub

  Məktəblilər tərəfindən şəhidimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.