23 oktyabr 1993-cü il tarixdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Xudayarov Elnur Rza oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Dırnıs kənd Şəhidlər Xiyabanında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, çıxışlar dinlənilib. Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu haqqında məlumat verilib.
Məktəblilər tərəfindən şəhidin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.