ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Düylün kəndində şəhid Hüseynov Mətinin anım günü qeyd olundu

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Hüseynov Mətin Ramiz oğlunun anım günü ilə əlaqədar tədbir keçirilib. Düylün kəndində şəhidimizin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, dualar oxunub, çıxışlar dinlənilib

    Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin, Sosial Xidmətlər Agentliyinin rəhbər şəxsləri və əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hərbçilər,məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

   Çıxışlarda şəhidimizin həyatı və döyüş yolundan bəhs olunub, vətənin müdafiəsi, bölünməzliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb, həmçinin, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırığı əsasında bütün bölgələrdə şəhid ailələri və müharibə iştirakçılarına qarşı mütəmadi olaraq diqqət və qayğının göstərildiyi qeyd olunub.

Düylün, Dəstə, Xanağa kəndlərinin məktəb şagirdləri tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.