
44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Hüseynov Mətin Ramiz oğlunun doğum günü ilə əlaqədar Düylün kəndində anım tədbiri keçirilib və şəhidimizin xatirəsi yad edilib. 20 oktyabr tarixində keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, qazilər, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxışlar dinlənilib, şəhidlərimizin ruhuna dualar oxunub. Şəhidimizin həyatı və döyüş yolu barədə məlumat verilib və məktəblilər tərəfindən vətəpərvərlik mövzusunda şeirlər səsləndirilib.














