44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Hüseynov Mətin Ramiz oğlunun doğum günü ilə əlaqədar Düylün kəndində məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb. Şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda şəhidimizin həyatı və döyüş yolundan bəhs olunub, vətənin müdafiəsi, bölünməzliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin qorunması, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirələrinin daim ehtiramla yad edildiyi, həmçinin, Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı əsasında bütün bölgələrdə şəhid ailələri və müharibə iştirakçılarına qarşı mütəmadi olaraq diqqət və qayğının göstərildiyi qeyd olunub.
Məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Şəhidin ailə üzvləri göstərilən hörmət və ehtirama görə minnətdarlıq ediblər.