Həmyerlimiz Əmrah Nağıyev Avropa çempionatında Azərbaycanı təmsil edəcək

        İyunun 5-dən 7-dək Azərbaycan İdman Akademiyasının stadionunda keçirilən atletika üzrə ölkə çempionatında Naxçıvan Muxtar Respublikasının təmsilçisi, Ordubad rayonundan olan atlet Əmrah Nağıyev uğurlu çıxışı ilə fərqlənib.

      Həmyerlimiz 3000 metr məsafəyə maneələrlə qaçış və 5000 metr məsafəyə qaçış növlərində birinci yeri tutaraq iki qızıl medal qazanıb. Göstərdiyi yüksək nəticələrə görə Əmrah Nağıyev iyunun 24-də Sloveniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyətinə daxil edilib.

      Qeyd edək ki, Əmrah Nağıyev Avropa çempionatına vəsiqə qazanmaqla Naxçıvan Muxtar Respublikası üzrə bu uğura imza atan ilk atlet olub.