Mart ayının 15-də Ordubad Rayon İcra Hakimiyyətində rayon ağsaqqalı Fərrux Nağızadəyə və rayon ziyalısı Mirhəsən Seyidova 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı təsis edilmiş “Heydər Əliyevin 100 illiyi (1923-2003)” Azərbaycan Respublikasının yubiley medallarının təqdim olunması ilə bağlı tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edib. Sonra icra hakimiyyətinin başçısı tərəfindən medallar sahiblərinə təqdim edilib.