“Hüquqlarımızı tanıyaq, erkən nikaha və qohum nikahına yox deyək” mövzusunda tədbir keçirilib

7 iyun 2024-ci il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayon Təhsil Şöbəsinin, Uşaq Səfirlər Məclisi Ordubad rayon nümayəndələrinin birgə təşkilatçılığı ilə Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə 18 may – 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində “Hüquqlarımızı tanıyaq, erkən nikaha və qohum nikahına yox deyək” adlı tədbir keçirilib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı, Uşaq Səfirlər Məclisi Ordubad rayon nümayəndəsi  Abbas Məmmədli, Ordubad şəhər məktəblərinin şagirdləri, müəllim və valideyinlər iştirak ediblər.

“Hüquqlarımızı tanıyaq, erkən nikaha və qohum nikahına yox deyək” mövzusundakı tədbirdə Uşaq Səfirlər Məclisinin Ordubad rayon nümayəndələri - şəhər 3 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədova Nəsrin  və internat tam orta məktəbinin 10-cu sinif şagirdi Əliyev Aqşin mövzu ilə bağlı özlərinin hazırladıqları video materiallar əsasında ətarflı məlumat verib. Sonra tədbir mövzu ətrafında şagirdlər arasında diskusiya  şəklində davam etdirilib.