Yanvarın 5-də Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli rayonun Aza, Darkənd, Azadkənd, Kələntər Dizə, Qoşadizə, Sabirkənd, Baş Dizə, Gilançay, Biləv, Behrud, Parağa kəndlərində və Parağaçay qəsəbəsində inzibati binalara baxış keçirib, sakinlərin müraciət və təkliflərini dinləyib. Qoşadizə və Kələntər Dizə kəndlərində yolların yenidən qurulması və körpü tikintisində aparılan işlərlə tanış olub.