Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli rayonun Düylün, Çənnəb, Üstüpü və Məzrə kəndlərində inzibati binalara, Üstüpü kəndində tikilməkdə olan Şəhidlər abidəsində aparılan işlərə baxış keçirmiş, bir qrup kənd sakini ilə görüşərək onları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.