
30 oktyabr 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında “İnsanların hüquq və azadlıqlarının qorunması” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra mövzu ətrafında çıxışlar dinlənilib.
Çıxış edənlər insan hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar. Qeyd edilib ki, ölkəmizdə insan hüquqlarının təmin edilməsi, qanunçuluğun möhkəmləndirilməsi, ədalət və bərabərlik prinsiplərinin qorunması istiqamətində mühüm addımlar atılır. Həmçinin vətəndaşların hüquqi maarifləndirilməsinin cəmiyyətin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.
.jpeg)

.jpeg)