“Konstitusiya və Suverenlik ili” çərçivəsində Ordubad rayonunda növbəti yaşıllaşdırma tədbirləri həyata keçirilib

       2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar Ordubad rayonunda növbəti abadlıq və yaşıllaşdırma tədbirləri təşkil edilib. 12 aprel 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan abadlıq tədbirlərində idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

     Görülən işlər çərçivəsində Ordubad–Naxçıvan magistral yolunun kənarlarında, eləcə də rayonun  digər yaşıllıq zolaqlarında abadlıq tədbirləri görülüb, ağaclara aqrotexniki qulluq göstərilmişdir. Eyni zamanda alaq otları biçilmiş, tullantılar ərazilərdən təmizlənmiş və suvarma işləri aparılmışdır.

     Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasına töhfə vermək, həmçinin gələcək nəsillərə sağlam təbii irsin ötürülməsini təmin etmək məqsədilə keçirilən abadlıq tədbirlərində yüksək fəallıq nümayiş etdirilib.