“Konstitusiya və Suverenlik ili” çərçivəsində Ordubad şəhər 3 saylı tam orta məktəbində Ordubad Rayon İcra Hakimiyyəti və Ordubad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Mən Ordubadı necə görmək istəyirəm” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik duyğularının gücləndirilməsi, onların yaşadıqları bölgəyə olan bağlılığının artırılması, gənc nəslin gələcəklə bağlı düşüncələrinin və yaradıcılıq potensialının üzə çıxarılması olub.
Tədbirdə rayonun ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdləri iştirak edib. Müsabiqə iştirakçıları mövzu ətrafında Ordubadın gələcək inkişafı, sosial-iqtisadi və mədəni perspektivləri barədə öz baxışlarını yaradıcı şəkildə ifadə ediblər.
Müsabiqənin sonunda münsiflər heyətinin qərarı ilə qalib elan olunan I, II və III yerin sahibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.