Ordubad Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ordubad rayon İcra Hakimiyyətində “Münaqişəli ailələr: Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib Rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyələrin, polis və təhsil müəssisələri əməkdaşlarının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elçin Hüseynov açıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova, Daxili İşlər Nazirliyinin əməkdaşı İman Quliyev və Naxçıvan Dövlət Universitetinin əməkdaşı, psixoloq Çapay Quliyev mövzu ilə bağlı çıxış ediblər. Yekunda iştirakçıların mövzu ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.