Naxçıvanda ikinci “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçiriləcək

    21-22 iyun 2024-cü il tarixdə Zəngəzur Milli Parkında (Naxçıvan MR Batabat yaylağı) "Qərbi Azərbaycana qayıdış" festival-konqresi keçiriləcək. 

    Qərbi Azərbaycanın toy adət-ənənəsi əsasında hazırlanan festivalda tarixi anlara şahid olacaqsınız. Festivalda Qərbi Azərbaycan əsilli 2 gəncin toy məclisi ilə yanaşı, Qərbi Azərbaycan adət-ənənələri, mətbəxi, məişət nümunələri təqdim olunacaq. 

    Konqres hissəsində müxtəlif istiqamətlər üzrə elmi araşdırmalar, maraqlı diskussiyalar təqdim ediləcək.