Ordubad baramaçıları Naxçıvan şəhərində keçirilən baramaçılıq və ipəkçiliyə həsr olunan konfransda iştirak ediblər

       Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “Naxçıvanda 35 ildən sonra bərpa edilən baramaçılıq: nəticələr və növbəti mövsümə hazırlıq” mövzusunda konfrans keçirilib. Konfransda Naxçıvan Muxtar Respublikasının müxtəlif rayonlarından, o cümlədən Ordubad rayonunu təmsil edən baramaçılar iştirak ediblər. Baramaçılığın inkişafı sahəsində yüksək nəticələr əldə etdiklərinə görə Ordubad baramaçıları ön sırada qərarlaşıb, onlara təşkilatçılar tərəfindən fəxri diplom və pul mükafatları təqdim olunub.