25 aprel 2024-cü il tarixdə Ordubad rayon Aşağı Əylis kəndində orta məktəb şagirdlərinin iştirakı ilə “Erkən nikah və qan qohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları Abbas Məmmədli, Qiymət Hacıyeva, Nəcmin Əlverdiyev, təhsil şöbəsinin əməkdaşı Sevinc Süleymanlı və Aşağı Əylis kənd tam orta məktəbinin müəllimi Gülnar Rəsulovanın çıxışları dinlənilib, keçirilən tədbirin mahiyyəti və önəmi haqqında ətraflı söhbətlər aparılıb. Burada erkən nikahın səbəbləri, geniş sosial problem kimi dünyada aktuallıq kəsb etməsi, fəsadları, ölkə qanunvericiliyinin tələbləri və bu hallara qarşı aparılan mübarizə yolları haqqında danışılıb. Ailə genefonduna təhdid yaradan problemlərlə mübarizədə valideyn-məktəb münasibətlərinin koordinasiyası və həyata keçirilən maarifləndirmə işlərinin əhəmiyyətindən bəhs edilib. Görüş ərzində şagirdləri maraqlandıran suallar cavablandırılıb. Rayon ərazisində bu mövzuda olan tədbirlərin davamlı xarakter alması və maarifləndirmə arealının daha da genişləndirilməsi haqda yekun nəticəyə gəlinib.