10 may 1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlər zamanı Ağdam rayonunun Qərvənd kəndində şəhadətə yüksələn Quliyev Azər Məhərrəm oğlunun anım günü ilə əlaqədar tədbir keçirilib. Dırnıs kənd Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini və İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən qurumların nümayəndələri, Dırnıs kənd tam orta məktəbinin kollektivi, şəhidin ailə üzvləri, Dırnıs kənd icra nümayəndəsi, Bələdiyyə sədri və kənd ictimaiyyəti iştirak edib, şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxış edənlər şəhid ailələrinə göstərilən diqqət və qayğıya, həmçinin, şəhidlərin xatirələrinin hər zaman yad edilməsi, onların adının əbədiləşdirilməsi ilə əlaqədar keçirilən bu tədbirlərə və göstərilən ehtirama görə minnətdarlıq ediblər.