Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət idarəçiliyində nəzarət sistemi” mövzusunda təlim keçirilib.
Keçirilən təlimdə dövlət idarəçiliyinin ümumi funksiyaları, dövlət idarəçiliyinin prinsipləri, dövlət idarəçiliyində səmərəlilik, GRİCS (Governance Research İndicator Country Snapshot) göstəricisi (Bu göstərici dövlət idarəçiliyini ölkəlararası müqayisədə qiymətləndirir), nəzarət sistemi, nəzarət prosesinin mərhlələri, səmərəli nəzarətin təşkili prinsipləri, dövlət idarəçiliyində nəzarət formaları haqqında ətraflı məlumat verilib və təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Dövlət qulluqçuları tərəfindən təlim maraqla qarşılanıb, belə təlimlərin keçirilməsinin onların bilik və bacarıqlarının artırılmasında böyük rol oynayacağı, təlimdə öyrəndiklərini iş prosesində tətbiq edəcəkləri vurğulanıb.