Respublikamızda dövlət orqanlarının fəaliyyətində çevik idarəetmənin, şəffaflığın təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının dövlət hakimiyyəti orqanlarında geniş istifadəsi, müasir standartlara cavab verən normativ hüquqi aktların tələblərini özündə əks etdirən internet saytlarının və elektron xidmətlərinin yaradılması eyni zamanda idarəçilikdə “Elektron hökumət”in (e-Government) tətbiqidir. Elektron hökumət sistemi, dövlət xidmətinin keyfiyyətini adi vəziyyətdən müasir səviyyəyə çevirə biləcək əsas vasitələrdən, sürətlə inkişaf edən dünyanın həlledici ünsürlərindən biridir. Bu gün onun tətbiqi dövlət idarəetməsi islahatı, vətəndaş məmnunluğu siyasəti ilə əlaqədardır. Bu siyasətin həyata keçirilməsindən sonra dövlət xidmətlərinin keyfiyyətində və effektivliyində müsbətə doğru irəliləyişlər olmuşdur. Göründüyü kimi, elektron hökumət müasir dövlət idarəçiliyində də köklü dəyişikliklərə yol açmışdır.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “gov.az” zonasına köçürülən internet resurslarının analitikası aparılıb. Analitikanın nəticəsinə əsasən son 15 gündə veb-saytlara unikal ziyarətçilərin, baxılan səhifələrin, yeni istifadəçilərin sayı və veb-saytlarda keçirilən vaxtı üzrə Top10 hazırlanıb. Bu analitikanın aparılması qurumların veb-saytlarının performansını mütəmadi olaraq nəzarətdə saxlamağa kömək edəcəkdir.
Ordubad Rayon İcra Hakimiyyətinin saytı da ilk onluqdadır. Sayt artıq bir müddətdir ki, yenilənib, eyni zamanda “Facebook”, “Twitter”, “İnstagram” sosial şəbəkə hesabları ilə də əlaqəli olaraq vətəndaşlara göstərilən xidmətlərin daha əlçatan olması, informasıya açıqlılığı sarıdan müxtəlif bölmələr yaradılıb.