Ordubad rayon Kələntər Dizə kəndində şəhidlərin xatirəsi yad edilir.

      30 aprel 1994-cü il tarixdə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlər zamanı şəhadətə yüksələn Rzayev Etibar Qürbət oğlunun anım günü ilə əlaqədar tədbir keçirilib. Kələntər Dizə kənd qəbiristanlığında şəhidin məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.

    Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini və İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən qurumların nümayəndələri, Sabirkənd  tam orta məktəbinin kollektivi, şəhidin yaxınları, Qoşadizə və Kələntər Dizə kəndlərində fəaliyyət göstərən müəssisələrin üzvləri və kənd ictimaiyyəti iştirak edib, şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.

      Çıxış edənlər şəhidlərin xatirələrinin hər zaman ehtiramla yad edilməsi, onların adının əbədiləşdirilməsi ilə əlaqədar mütəmadi olaraq keçirilən bu tədbirlərə, həmçinin, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.