Ordubad rayonunda 26 dekabr Matəm Günü ilə əlaqədar dövlət bayraqları endirilib

      Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən dekabrın 26-da Azərbaycanda matəm elan edilib. 

     Matəm günü ilə əlaqədar ölkənin hər yerində olduğu kimi, Ordubad rayonunda da qəzada həlak olanların xatirəsi yad edilib, dövlət bayraqları yarıyadək endirilib, rayon ərazisində keçirilməsi nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb.