ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram tədbirləri keçirildi

Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Ordubad rayon Mədəniyyət Sarayında bayram tədbiri keçirilib. Tədbirdə Mədəniyyət Sarayının solistlərinin ifasında əlamətdar günlərə həsr olunmuş musiqi nömrələri səsləndirilib.

    Həmçinin əlamətdar günlərlə bağlı Ordubad Rayon İcra Hakimiyyətinin   başçısı Rəcəb Rəhimli və icra hakimiyyətinin əməkdaşları tərəfindən Ordubad Şəhər İnternat tam orta məktəbində təhsil alan  uşaqlarla görüş keçirilib, uşaqlara hədiyyələr təqdim olunub.

    Tədbirlərin davamı olaraq Karvan ailəvi istirahət mərkəzində 2024-2025-ci tədris ilində təhsil, idman, mədəniyyət və s. sahələrdə fərqlənən istedadlı uşaqlar üçün bayram şənliyi təşkil olunub.