09 mart 2024-cü il tarixdə Ordubadda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirilib.
Ordubad Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə, təşkilatlarının, gənclərin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən aksiya zamanı Naxçıvan-Ordubad magistral avtomobil yolunun kənarında və kəndlərimizdə mövcud yaşıllıq sahələrində bərpa işləri aparılıb. Ümumilikdə 7.5 ha sahəyə 2270 ədəd meyvə tingi əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.