Ordubad rayonunda baramaçılıqla bağlı təlim keçirilib

Ordubad rayonunun Dəstə kəndində baramaçılıqla bağlı təlim keçirilmişdir.

Burada bir vaxtlar Ordubad rayonu üçün də spesifik olan sahənin yenidən dirçəldilməsi ilə bağlı marifləndirici söhbətlər aparılmış, göstərilən slayd nümunələri ilə kumxanaların mövsümə hazırlanması, ipəkqurdunun saxlanması qaydaları, o cümlədən ipəkqurdu xəstəliklərinə qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verilmiş və baramaçılığın inkişafı sahəsində ilkin istiqamətlər göstərilərək verilən suallar cavablandırılmışdır.