22 noyabr 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyəti, Naxçıvan Kiçik və Orta Biznesin İnkişaf Mərkəzinin əməkdaşları ilə birgə rayonun Dəstə və Azadkənd kəndlərində sahibkarlar və təsərrüfatçılar üçün “Biznes planların tərtibi” və “Maliyyənin idarə edilməsi” mövzularında təlimlər keçirilib.
Təlimdə Naxçıvan KOBİM-in təlimçi-eksperti tərəfindən iştirakçılara biznes ideyanın planlaşdırılması və qiymətləndirilməsi, biznes planın müvəffəqiyyətdə rolu və onun investorlara təsiri, qısa və uzunmüddətli biznes məqsədlərinin müəyyən edilməsi barədə məlumat verilib. Eyni zamanda iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.