Ordubad rayonunda “Bruselyoz təhlükəli zoonoz xəstəlikdir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Ordubad Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi və Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun birgə təşkilatçılığı ilə “Bruselyoz təhlükəli zoonoz xəstəlikdir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə iştirakçılara bruselyoz xəstəliyinin mahiyyəti, yoluxma yolları, heyvanlarda və insanlarda xəstəliyin simptomları, eləcə də yaranan fəsadlar haqqında ətraflı məlumat verilib, müvafiq profilaktik tədbirlər barədə tövsiyələr səsləndirilib.

Daha sonra xəstəliklə bağlı videoçarx nümayiş etdirilib və mövzuya dair maarifləndirici bukletlər iştirakçılara təqdim olunub. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.