Ordubad rayonunda COP29 və “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində növbəti yaşıllıq aksiyası keçirildi

      Ordubad rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. 23 noyabr 2024-cü ildə keçirilən  aksiya "Yaşıl Dünya Naminə Həmrəylik İli" və COP29 tədbirləri çərçivəsində baş tutub. Yaşıllaşdırma tədbirlərində rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

     Ağacəkmə aksiyası zamanı Ordubad-Naxçıvan magistral yolunun Aza  və Əylis kəndləri ərazilərində yeni tinglər əkilib, alaq otları biçilib, ağaclara və çoxillik gül kollarına aqrotexniki qaydada qulluq göstərilib. Ərazidə olan tullantılar təmizlənib. Abadlıq və yaşıllaşdırma tədbirlərində yüksək fəallıq müşahidə olunub.

       Qeyd edək ki, ekoloji tarazlığın bərpası və insan sağlamlığının qorunması məqsədilə  keçirilən yaşıllaşdırma tədbirləri Ordubad rayonunda müntəzəm olaraq davam etdirilir.