Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə Vənənd kəndində sahibkarlar və təsərrüfatçılarla “İxrac olunan məhsulların sertifikatlaşdırılması” və “Bitkilərin xəstəlik və zərərvericiləri” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə vətəndaşlara ixrac olunan məhsullara sertifikatlarının verilməsi zamanı qanunvericiliyə uyğun qaydalara əməl edilməsi, ixrac olunacaq məhsullarla bağlı müraciət forması, məhsullara baxışın keçirilməsi, nümunələr götürülərək laboratoriya analizinin aparılması və.s istiqamətlərdə geniş məlumat verilib, həmçinin, bitkilərin hansı xəstəliklərə yoluxması, xəstəliklərin ilkin əlamətləri, xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması qaydaları və s. ilə bağlı ətraflı çıxışlar edilib. Sonda mövzu ilə bağlı verilən suallar cavablandırılıb və iştirakçılara maarifləndirici bukletlər paylanılıb.