Ordubad rayonunda icra nümayəndəliklərinin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə onların maddi-texniki bazası gücləndirilib. Bu çərçivədə rayonun bütün icra nümayəndəlikləri müasir kompüter və printer dəstləri ilə təchiz olunub.
Yeni avadanlıqların təqdimatı dövlət idarəçiliyində rəqəmsallaşmanı sürətləndirmək, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırmaq və operativliyi təmin etmək məqsədi daşıyır. Müasir texnologiyaların tətbiqi icra nümayəndəliklərində sənədləşmə prosesinin daha səmərəli aparılmasına və elektron hökumət sisteminin imkanlarından geniş istifadəyə şərait yaradacaq.
Qeyd edək ki, avadanlıqların təminatı müvafiq satınalma prosedurlarına uyğun olaraq həyata keçirilib. Ordubad rayonunda idarəetmə strukturlarının müasir tələblərə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.